XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

16 Dekabr 2017 - 17:31

KİV:"Çelsi" Karlo Ançelottini baş məşqçi postuna qaytarır

Karlo Ançelotti yenidən İngiltərənin "Çelsi" futbol komandasına rəhbərlik edə bilər.

"Report"un "Daily Record"a istinadən verdiyi məlumata görə, artıq klubun sahibi Roman Abramoviç italiyalı mütəxəssislə danışıqlar aparıb.

Tərəflər Ançelottinin 2018-ci ilin fevralında komandaya qayıdışına dair razılığa gəliblər. Hazırkı baş məşqçi Antonio Konte isə mövsümün sonunda istefaya göndəriləcək.

Qeyd edək ki, Karlo Ançelotti sentyabrın 28-də Almaniyanın "Bavariya" komandasının baş məşqçi postundan istefaya göndərilib. O, "Çelsi"də 2009 – 2011-ci illərdə çalışıb. Ançelotti ilk mövsümündə "qızıl dubl" etsə də, növbəti mövsüm nəticə verə bilmədiyi üçün vəzifəsindən ayrılıb.