XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

16 Dekabr 2017 - 18:28

Avropanın ən qocaman sakini vəfat edib- 116 yaşında

Avropanın ən yaşlı qadın sakini Ana Vela 116 yaşı tamam olandan ayarım sonra Barselonadakı qocalar evində vəfat edib.

Azərtac xəbər verir ki, Pais nəşrinin yaydığı məlumata görə, peşəcə dərzi olan Ana Vela 1901-ci ilin oktyabrında Andalusiya vilayətinin Puente-Xenil bələdiyyəsində doğulub. O, səhhəti sarıdan, demək olar, heç bir problem yaşamayıb.

Vela son illərdə İspaniyanın uzunömürlülük rəmzinə çevrilmişdi. Onun qızlarından birinin 90, nəvəsinin isə 60 yaşı var.

Qocalar evindən bildiriblər ki, Ana Vela öz yatağında yuxuda ikən, əziyyətsiz keçinib.