XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

16 Dekabr 2017 - 19:35

Yaponiya gələn il müdafiə sahəsinə rekord miqdarda vəsait ayıracaq

Yaponiya hökuməti gələn il müdafiə sahəsinə 46 milyard dollar ayırmağı planlaşdırır.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu vəsaitin önəmli hissəsi Şimali Koreyanın (Koreya Xalq Demokratik Respublikası-KXDR) ehtimal olunan mümkün hücumlarından qorunmaq üçün silah alınmasına sərf olunacaq.

Hökumət xüsusən, paytaxt Tokioda Raket Əleyhinə Müdafiə sistemini möhkəmləndirmək niyyətindədir.

Bununla da, Yaponiya hökuməti müdafiə xərclərini ardıcıl olaraq altıncı ildir artırır. Bu təklif qəbul edildiyi halda 2018-ci ilin aprelində başlayacaq maliyyə ili üçün hərbi büdcə Yaponiya üçün rekord sayılacaq.

Qeyd edək ki, ötən gün rəsmi Tokio KXDR-in müəssisələri və fiziki şəxslərinə qarşı sanksiyalar siyahısını genişləndirib. Siyahıya əlavə şəxslər cəlb olunub.