XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Dekabr 2017 - 20:41

Antiterror əməliyyat rejimi tətbiq edilib- Dağıstanda

Dağıstan kəndlərindən birində antiterror əməliyyat rejimi tətbiq edilib, silahlıların və onların tərəfdarlarının müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, antiterror əməliyyat rejimi Qarabudağkənd rayonu Qubden kəndinin inzibati sərhədləri çərçivəsində tətbiq edilib. Qərar Rusiyanın Dağıstan üzrə Federal Təhlükəsizlik Xidmətinin rəisi tərəfindən yerli vaxtla 15.45-də tətbiq edilib.  

Məlumata görə, yaşayış məntəqəsində ünvanlı yoxlamalar keçirilir.