Prezident Şavkat Mirziyoyevin Fərmanı ilə Özbəkistan İslam Akademiyası (ÖİA) yaradılır.
Azərtac xəbər verir ki, Fərmana görə, Özbəkistan Müsəlmanları İdarəsi yeni yaradılan qeyri-hökumət elmi-tədqiqat qurumunun təsisçisidir. Akademiyada magistratura, baza doktoranturası və doktorantura fəaliyyət göstərəcək.
Özbəkistan, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Rusiya və digər ölkələrin vətəndaşları təhsil və elmi-tədqiqat işləri üçün Akademiyaya müqavilə-qrant əsasında qəbul ediləcəklər.
Fərmanda bildirilir ki, Akademiya 2018-2019-cu təhsil ili üçün magistraturaya 16 tələbə qəbul edəcək.