XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2017 - 21:11

Sənaye istehsalı son 10 ilin ən ağır vəziyyəti ilə üzləşib- Rusiyada

Rusiyada bu ilin noyabr ayında sənaye istehsalının dinamikası analoji oktyabr göstəricisindən pis olub.

"Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, bu məlumatı Rusiya Statistika İdarəsi verib.

Məlumatda bildirilib ki, noyabr ayında Rusiyada sənaye istehsalı 3,6% azalıb. Analitiklərin proqnozları nə qədər bədbin olsa da, 0,2-0,5% artım gözlənilirdi. Nəticədə, Rusiya iqtisadiyyatı 2009-cu ilin oktyabr ayından bu günədək ən pis göstərici ilə üzləşib.

Qeyd edək ki, oktyabrda emal sənayesində artım 0,1% olduğu halda, noyabrda bu göstərici -4,7% olub. Oktyabrda 0,1% artım qeydə alınan faydalı qazıntı hasilatı sahəsində isə noyabrda 1% azalma qeydə alınıb.