Tehran ABŞ-ın BMT-dəki səfiri Niki Heilinin İranın Yəmən husilərinə silah verməsi haqda iddiası ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatına şikayət edəcək.
Strateq.az bildirir ki, bu barədə xarici işlər naziri Məhəmməd Cavad Zərif Sputnik İnformasiya Agentliyinə ünvanladığı elektron-məktubda yazıb. Niki Heili cümə axşamı günü İran raketlərinin qalığı olduğunu iddia etdiyi dəmir parçalarının qarşısına keçərək İranı Ər-Riyadı raketlə vurmaq üçün Yəmən husilərini təchiz etməkdə suçlayıb.
BMT sözçüsünün müavini Fərhan Haqq Heilinin bu iddiasını rədd edib.