XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

17 Dekabr 2017 - 10:55

İran-Ermənistan sərhəddində azad iqtisadi zona açılıb

Dekabrın 15-də İran-Ermənistan sərhəddində Mehri şəhərində azad iqtisadi zonanın (AİZ) açılışı olub.

Tədbirdə Ermənistanın baş naziri Karen Karapetyan bildirib ki, bu zona Ermənistanın Rusiya, Avropa İttifaqı, İran və digər ölkələr ilə iqtisadi layihələr həyata keçirməsinə imkan verəcək. Mehri ərazisilə İranla ticarət və turizm əlaqələrinin genişləndirilməsi planlaşdırılır.

O, İran biznesini Mehridə möhkəmlənməyə və oradan Avropa İqtisadi Birliyi və Avropa İttifaqı bazarlarına çıxmağa çağırıb. (Turan)