XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

17 Dekabr 2017 - 11:32

Finlandiya kəşfiyyatının Rusiya ordusunu izlədiyi məlum olub –Qalmaqal

Finlandiya mətbuatı bu ölkənin kəşfiyyatının Rusiya hərbçilərini izləməsindən yazıb.

"RİA Novosti"nin xəbərinə görə, "Helsingin Sanomat" qəzetinin Tikkakoski şəhərindəki Kəşfiyyat İnstitutu haqqında "Finlandiyanın məxfi yeri" adlı məqaləsi ölkədə qalmaqala səbəb olub. Qəzet həmin institutun Rusiyanın keçmiş Leninqrad hərbi dairəsindəki Rusiya Silahlı Qüvvələrinin yerdəyişməsini izlədiyini yazıb.

Bu məqaləyə Finlandiya prezidenti və müdafiə naziri reaksiya verib. Faktla bağlı cinayət işi açılıb və jurnalistlərin məxfi məlumatı kimdən alması araşdırılır. (Teleqraf.com)