XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2017 - 16:05

Kiyevdə Saakaşvili tərəfdarlarının aksiyası başlayıb –FOTO

 

 Bu gün Kiyevin mərkəzində Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarlarının yürüşü başlayıb.

"RİA Novosti"nin verdiyi məlumata görə, M. Saakaşvili həyat yoldaşı və oğlu ilə birlikdə aksiyada iştirak edir.

Ukrayna prezidentinin impiçmenti haqqında qanunun qəbul olunmasını tələb edən aksiya iştirakçıları Taras Şevçenko parkından Azadlıq (Maydan) meydanına doğru hərəkət edirlər. Aksiya ilə əlaqədar Kiyevin mərkəzində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Aksiya iştirakçıları "İstefa!", "Cinayətkar dəstə rədd olsun!" və "İmpiçment!" şüarları səsləndirirlər.  

Qeyd edək ki, bu gün M. Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkoya barışıq məktubu göndərdiyi barədə xəbərləri də təkzib edib.