XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

17 Dekabr 2017 - 17:40

Şimali Koreya adından raket hissələri satan Avstraliya vətəndaşı həbs olunub


Avstraliyada Koreya Xalq Demokratik Respublikası adından kömür və raket hissələrini satmaqda şübhəli bilinən şəxs həbs olunub.

AZƏRTAC Avstraliya KİV-lərinə istinadla xəbər verir ki, Çan Xan Çoy adlı şəxsin 59 yaşı var. O, artıq 30 ildir ki, dissident kimi Avstraliyada yaşayır. Polisin məlumatına görə, həmin şəxs İndoneziya və Vyetnama ümumi məbləği təqribən 10 milyon dollar olan ballistik raket hissələri və kömür satmağa çalışıb.

Avstraliya polisi onunla 2016-cı ildən maraqlanmağa başlayıb. Hüquq mühafizə orqanlarının nümayəndəsinin bildirdiyinə görə, şübhəli şəxs Şimali Koreyanın sadiq agentidir və inanır ki, yüksək vətənpərvərlik məqsədlərinə xidmət edir.

Bu şəxs kütləvi qırğın silahının yayılmasına qarşı müqaviləni, həmçinin BMT və Avstraliya hökuməti tərəfindən Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyaları pozmaqda ittiham olunur. Onu 18 il həbs cəzası gözləyir.