XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

18 Dekabr 2017 - 18:58

Pentaqon təkzib etdi-Əl -Bağdadi ələ keçirilməyib

El-Baqdadi-BBC.jpg

Pentaqon İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ələ keçirilməsi ilə bağlı xəbəri təkzib edir.

ABŞ-ın rəhbərliyi altında “İslam dövləti” ilə mübarizə aparan beynəlxalq koalisiya İŞİD liderinin yerini bilmədiyini açıqlayıb. “Təəssüf ki, bu məlumat yanlışdır. Koalisiyaya Əbu Bəkr Əl Bağdadi kimi tanınan terrorçunun yeri hələ məlum deyil. Əgər məlum olsaydı, əmin olun ki, o ya öldürülər, ya da müharibə cinayətləri törətməkdə ittiham olunana qədər həbs olunardı. İstənilən halda, koalisiya bunu ictimaiyyətə açıqlayardı”.

Xatırladaq ki, Türkiyənin “Yeni Şafak” qəzeti Əl Bağdadinin İraqda yaxalandığı, ardınca Birləşmiş Ştatların Suriyanın Ras-əl-Ayn şəhərində yerləşən hərbi bazasına, oradan da ABŞ-ın Haseke-Rumeylandakı hərbi bazasına aparıldığını yazmışdı. İŞİD başçısının saxlanılarkən ayağından yaralandığı qeyd olunurdu.

Nəşrin mənbəsinin sözlərinə görə, Əl-Bağdadi ilə yanaşı terrorçuların 7 komandiri də tutulub. (Virtualaz.org)