XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

19 Dekabr 2017 - 12:50

“MDB-də 11 kanal vasitəsilə şəxslərin terror təşkilatına ötürülməsinin qarşısı alınıb” –FTX başçısı

MDB ölkələrinin xüsusi xidmət orqanları Suriya ərazisində fəaliyyət göstərən şəxslərin terror təşkilatına ötürülməsi üzrə 11 kanalı aşkarlayaraq ləğv edib.

"Report" "İntefaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB dövlətləri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, MDB xüsusi xidmət orqanları həmçinin Mərkəzi Asiya ölkələri və Rusiyada bir sıra terror aktlarının qarşısını alıb.

"Rusiya təhlükəsizlik orqanları tərəfindən beynəlxalq terror təşkilatlarının fəaliyyəti ilə əlaqəli olmaqda şübhəli bilinən 300 nəfərə yaxın şəxsi tərəfdaşlara verilib. Onlardan 218-i cinayət məsuliyyətinə cəlb olunub", – təhlükəsizlik xidmətinin başçısı əlavə edib.