XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 05:02

Buryatiyada 400 hektardan çox meşə yanır

İndiyədək 25 nəfər bu fəlakətin qurbanı olub

Buryatiyada meşə yanğını davam edir.

Strateq.az Rusiya KİV-ə isnadən xəbər verir ki, bölgə ərazisində 420 hektar ərazini əhatə etmiş 26 meşə yanğını var.

Respublika meşə təsərrüfatı Agentliyi bildirib ki, yanğını 387 meşə mühafizəçisi və yerli sakinlər söndürür. Zaiqrayevsk, Barquzinsk və Xorinsk rayonlarına yanğınçı-paraşütçülər göndərilib, 54 yanğınsöndürmə maşını, 11 traktor, iki buldozer fəaliyyətdədir.

Yanğına səbəb qurumuş otların razılaşdırılmadan yandırılması olub.

Xatırladaq ki, bu fəlakət indiyədək 25 nəfərin həyatına son qoyub.

Aprelin 10-dan Buryatiyada yanğına qarşı xüsusi rejim qüvvədədir.