XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2017 - 17:35

İrandan ABŞ-a sərt cavab –Səfir XİN-ə çağırıldı

Rəsmi Tehran ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin İranın Yəməndəki husiləri silahlandıraraq təşkilatın qərarlarını pozması ilə bağlı açıqlamasına sərt reaksiya göstərib.

Bu barədə “Tasnim” informasiya yayıb.

Məlumata görə, ABŞ-ın İrandakı diplomatik vəzifələrini icra edən İsveçrə səfiri XİN-ə çağırılıb.

“İranın Heylinin əsassız və təxribat xarakterli iddiası barədə etirazı İsveçrə səfirinə çatdırıldı”, – XİN rəsmisi Bəhram Qasımi deyib.

Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli husilər tərəfindən noyabrın 4-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə endirilən zərbə zamanı istifadə olunan raketi İranın verdiyini bildirmişdi/Axar.az.