Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yəmən ərazisini bombalayıb.
Səudiyyə Ərəbistanı husilərin Ər-Riyada atdığı raketə cavab olaraq Yəmənə aviazərbələr endirib.
İtki və dağıntılar barədə məlumat yayılmayıb.
Qeyd edək ki, dekabrın 19-da husi qiyamçıları Yəmən ərazisindən Ər-Riyada "Burkan" qanadlı raket atıblar/Report.