Son on gündə Yəməndə silahlı qarşıdurma nəticəsində 115 dinc sakin ölüb, 83 nəfər yaralanıb.
Bunu dekabrın 19-da BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının rəsmi təmsilçisi Rupert Kolvill Cenevrədə keçirdiyi brifinqdə bildirib.
“Dekabrın 6-dan 16-dək müəyyən etmişik ki, aviazərbələr nəticəsində 115 mülki sakin ölüb, 83-ü yaralanıb”, – o vurğulayıb.
2015-ci ilin martından indiyədək Yəməndə silahlı münaqişə nəticəsində 14 mindən çox dinc sakin ölüb və yaralanıb/APA.