XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Dekabr 2017 - 22:12

4 ay maaş verilmədi, kürdlər etiraza qalxdı –Süleymaniyyədə qanlı toqquşma

İraq Kürd Muxtariyyətinin Süleymaniyyə şəhərində hökumət əleyhinə keçirilən nümayişlərdə 5 nəfər həyatını itirib, 93 nəfər isə yaralanıb.

Yaralılar arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları da olub.

Qarşıdurmaların baş verdiyi Ranya mahalında vəziyyətin getdikcə pisləşdiyi deyilir.

Kürdüstan Yurdsevərlər Birliyi və Kürdüstan İslam Birliyi partiyalarının qərargahları isə yandırılıb.

Nümayişlərin səbəbi korrupsiya və müəllimlərin maaşlarının gecikməsi olub/Axar.az.