Onun sərvəti 79, 2 milyard dollardır
Amerikanın Forbes dərgisi bu gün dünyanın ən varlı milyarderlərinin reytinqini dərc edib.
Strateq.az xarici KİV-ə isnadən bildirir ki, Microsoft-un həmtəsisçisi Bill Geyts siyahıda birinci yerini qoruyub saxlayır.
Forbes onun sərvətini 79,2 milyar dollar həcmində dəyərləndirib
.
İkinci yeri 77, milyar dollarlıq sərvətlə meksikalı telemaqnat Karlos Slim tutur. üçüncü yerdə isə qoca Uorren Baffet gəlir – 72,7 milyard dollar.
Forbesin siyahısına cəmi 1 826 milyarder daxil edilib ki, bunların da 197-i qadındır. Qadınlar içində Kristi Uolton 41,7 milyrad dollarla liderdir.