XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

20 Dekabr 2017 - 10:33

Səudiyyə Ərəbistanı buraxılış məntəqəsini bağlayıb- Qətərlə sərhəddə

Səudiyyə Ərəbistanı Qətərlə sərhəddə "Selva" nəzarət-buraxılış məntəqəsini (NBM) bağlayıb.

Trend xəbər verir ki, Krallıq rəhbərliyi hələ məlumatı şərh etməyib.

Qeyd edək ki, "Selva" Səudiyyə Ərəbistanı ilə Qətər arasında yeganə NBM-dir.

Xatırladaq ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Dohanı terrorçu təşkilatlara dəstəkdə və Yaxın Şərqdə vəziyyətin qeyri-sabitləşdirilməsində ittiham edərək Qətərlə diplomatik münasibətlərini dayandırdıqlarını elan etmişdilər.