XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2017 - 14:11

Səudiyyə krallığının iqtisadiyyatı azalıb- Son 8 ildə ilk dəfə

"Bloomberg" agentliyi tərəfindən keçirilən konsensus-proqnoza görə, Səudiyyə Ərəbistanının ÜDM-i 2017-ci ildə 0,5% azalıb.

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, buna səbəb kimi neft qiymətlərindəki azalma fonunda S.Ərəbistanı hökumətinin sərt iqtisadi siyasət həyata keçirməsi olub. Qeyd edək ki, son dəfə S.Ərəbistanının iqtisadiyyatı 2009-cu ildə azalma ilə üzləşib.

Xatırladaq ki, S.Ərəbistanının neft hasilatı 2017-ci ildə 0,5% azalma göstərərək 10 mln. barel/gündən aşağı düşüb. Büdcə kəsiri 2016-cı ildə ÜDM-in 12,8%-dən 2017-ci ildə 8,9%-ə geriləyib. Bu barədə məlumatı ölkənin Maliyyə Nazirliyinə istinadən "Saudi Press Agency" yayıb.

Növbəti ildə S.Ərəbistanının Maliyyə Nazirliyi neft qiymətlərində azalmaya baxmayaraq dövlət xərclərini 10% artıraraq 260,8 mlrd. dollara çatdırmaq niyyətindədir. Nəticədə, 2018-ci ildə büdcə kəsirinin 52 mlrd. dollara qədər yüksəlməsi ehtimal edilir. Xərclərin artırılması nəticəsində ölkə iqtisadiyyatının 2,7% yüksəlməsi gözlənilir. a