XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

20 Dekabr 2017 - 16:27

Taliblər hücuma keçdi- 11 nəfər həlak olub

Əfqanıstanın şimalinda yerləşən Qunduz əyalətində “Taliban” silahlılarının hücumu nəticəsində azı 11 nəfər həlak olub.

Azərtac Pajvak agentliyinə istinadla xəbər verir ki, həyatını itirənlərin 8-i yerli polis əməkdaşları, 3-ü isə dinc sakindir.

2014-cü ildə ABŞ-ın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən silahlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD terror qruplaşması da aktiv fəaliyyət göstərir.

2015-ci il yanvarın 1-dən etibarən ölkədə NATO-nun “Qətiyyətli dəstək” adlı qeyri-döyüş missiyası fəaliyyətə başlayıb. Missiyanın əsas məqsədi Əfqanıstanın güc strukturlarının təlimi və hazırlığıdır.