XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2017 - 16:48

AŞPA-nın qış sessiyasının ilkin gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının 2018-ci ildə keçiriləcək ilk sessiyasının ilkin gündəliyi açıqlanıb.

APA-nın məlumatına görə, yanvarın 22-26-da Strasburqda keçiriləcək sessiya zamanı AŞPA-nın prezidenti, insan haqları üzrə yeni komissar və Avropa İnsan Haqları Məhkəməsinə hakim seçiləcək. 

Sessiyada AŞ baş katibi çıxış edəcək və insan hüquqları üzrə komissar 2017-ci ildə fəaliyyətinə dair hesabatını təqdim edəcək.

Daha sonra Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya ilə mübarizədə Avropa Şurasının və digər əlaqədar qurumların rolu məsələləri barədə fikir mübadiləsi aparılacaq.

Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Vüsal Hüseynov isə sessiyanın sonuncu günü – yanvarın 26-da “İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış edəcək.