XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2017 - 19:07

İraq prezidentindən nümayiş keçirən kürdlərə təklif- Danışıqlar masasına çağırdı

İraqın Prezidenti Fuad Məsum İraq Kürdüstanında əmək haqlarının ödənilməməsi səbəbindən etiraz aksiyaları keçirən sakinləri qanun pozuntusuna yol verməməyə çağırıb və dialoqa başlamaq barədə təklifləri dəstəkləyib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Prezident Bağdaddakı federal hökumətin və kürd regionu hökumətinin dialoqa hazır olmaları barədə bəyanatlarını “müsbət addım” kimi qiymətləndirib. Kürd icmasını təmsil edən Fuad Məsum kürdlərin hüquqlarının təmin olunmasına, vəziyyətin gərginləşməsini dayandırmağa və regionun hava blokadasını aradan qaldırmağa – Ərbildə və Süleymaniyyədə rəsmi Bağdad tərəfindən bağlanılan hava limanlarının fəaliyyətini bərpa etməyə çağırıb.

Xatırladaq ki, dekabrın 19-da İraqın kürd muxtar regionunda nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmada azı 7 nəfər həlak olub, 80 nəfərdən çox insan isə yaralanıb. Etirazçılar Ərbil əyalətində İraq Kürdüstanının sabiq lideri Məsud Bərzaninin başçılıq etdiyi “Kürdüstanın demokratik partiyası”nın ofisini yandırıblar.