XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

20 Dekabr 2017 - 19:48

Təbii və texnogen fəlakətlər dünyaya 306 milyard dollar ziyan vurub- Bu il

2017-ci ildə təbii və texnogen fəlakətlər səbəbindən dünyanın ümumi iqtisadi itkiləri ötən illə müqayisədə 63 faiz artıb və 306 milyard dollara çatıb.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İsveçrənin “Swiss Re” yenidən sığorta cəmiyyəti məlumat yayıb. Qurumun məlumatına əsasən, “Harvi”, “İrma” və “Mariya” qasırğalarından ən çox zərər çəkən ölkə Birləşmiş Ştatlardır. 2017-ci ildəki qasırğalar mövsümü 2005-ci ildən bəri ən məsrəflisi olub.

İqtisadi zərərin artmasına baxmayaraq, 2017-ci ildə insan itkilərinin sayı ötən illərdən ciddi fərqlənməyib. 2017-ci ildə fəlakətlər nəticəsində bütün dünya üzrə təxminən 2016-cı ildə olduğu qədər – 11 mindən çox insan həlak olub və itkin düşüb.

Xatırladaq ki, bu il Karib adaları və ABŞ-ın şərq sahilləri bir neçə güclü qasırğadan zərər çəkib. Avqust ayının sonlarında ABŞ-ın cənubu, əsasən də Texas ştatı xeyli dağıntıya səbəb olan “Harvi” qasırğasının təsirinə məruz qalıb. Sentyabrın əvvəlində ABŞ sahillərində “İrma” qasırğası tüğyan edib. Bir qədər sonra “Mariya” qasırğası Puerto-Rikoda 50 nəfərin həyatına son qoyub və ciddi dağıntılar törədib. Oktyabrın əvvəllərində isə ABŞ sahillərinə çatan “Neyt” qasırğası özü ilə elektrik təminatında problemlərə səbəb olan leysan yağışları gətirib.