Yunanıstanın Ərzaqlara Nəzarət Agentliyi Afina və Saloniki şəhərlərinin supermarketlərindəki ərzaqları müsadirə edir.
Buna səbəb “Green-Black Arsonists” anarxist qrupunun öz internet səhifəsində ərzaqların zəhərləndirilməsi ilə bağlı yaydığı məlumatdır. Yunanıstanın terrorla mübarizə idarəsi istintaq apararaq alkoqolsuz içkilərə, südə və digər ərzaq məhsullarına hidroklor turşusu əlavə edildiyi barədə məlumat yayan cinayətkarları tapmağa çalışır.
Ərzaqlara Nəzarət Agentliyi əhalini bəzi ərzaq məhsullarından bir müddət istifadə etməməyə çağırıb(azərtac).