Bütün Rusiya ərazisində kassa aparatlarının fəaliyyətində kütləvi nasazlıq yaranıb.
Azərtac xəbər verir ki, iri ticarət mərkəzləri və yanacaqdoldurma stansiyaları bu problemlə üzləşiblər.
Nasazlığa proqram təminatının yeni versiyasında xəta səbəb olub. Federal Vergilər Xidmətindən bildiriblər ki, belə vəziyyətdə alış-veriş kassa aparatları olmadan da davam etdirilə bilər. Amma sistemin fəaliyyəti bərpa olunandan sonra onun işləmədiyi müddətdə əldə edilmiş mədaxilin bütün məbləği üçün korreksiya (düzəliş) çeki vurulmalıdır.
Hazırda kassirlər bütün satış əməliyyatlarını qələmlə qeyd edirlər. Bu da xidmətin sürətinə təsir göstərir.