XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

20 Dekabr 2017 - 21:06

Avropa Komissiyası Polşaya qarşı sanksiya tətbiq edəcək- Bu səbəbdən

Avropa Komissiyası (AK) Polşa hökumətinin məhkəmə islahatları nəticəsində demokratik normalardan kənara çıxdığına görə adıçəkilən ölkəyə qarşı sanksiya tətbiq etməyi qərara alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədrinin birinci müavini Frans Timmermans bildirib.

Onun sözlərinə görə, AK-nın başqa çıxış yolu yoxdur və Komissiya 7 (1) maddəsini işə salmağa qərar verib.

Qeyd edək ki, bu sanksiya tədbiri Avropa İttifaqı (Aİ) dövlətinə qarşı ilk dəfə başladılacaq.