XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 19:47

Putin Səudiyyə kralı ilə telefonda danışdı –Yaxın Şərqlə bağlı məsələlər müzakirə edilib

Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salman bin-Əbdüləziz əl-Səud arasında telefon danışığı olub.

Bu barədə Kremlin saytında yerləşdirilən məlumatda qeyd olunub.

Söhbət əsnasında Yəməndəki vəziyyət də daxil olmaqla Yaxın Şərqlə bağlı ən aktual məsələlərə toxunulub.

Tərəflər həmçinin Suriyadakı vəziyyəti müzakirə edərək siyas həll yolu ilə bağlı səylərin artırılmasının vacib olduğunu vurğulayıblar/Report.