XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 22:24

Mövlud Çavuşoğlu BMT tribunasında:"Heç bir ölkə bu təhdidlərə boyun əyməməlidir"

BMT-nin Baş Assambleyasının Qüdslə bağlı xüsusi sessiyası davam edir.

Sessiyada Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu çıxış edib və haqq-ədalətin yanında olacaqlarını bildirib.

"Burada dəfələrlə toplantılara qatıldıq. Söylədik ki, fələstinlilərin də bizim kimi azad, firavan yaşamağa haqqı var. Ancaq işğal vəziyyəti davam etməkdədir. Nəsillər boyu fələstinlilər şiddətə və ayrı-seçkiliyə məruz qaldılar. Bugünkü səsvermə Fələstin probleminin bizim problemimiz olduğunu göstərməkdədir. Ədalətin və sülhün tərəfdarıyıq. ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etməsi ümumi dəyərləri heçə saymaq deməkdir. Bu qərara hüquqa ziddir. Bəziləri təhdid etməkdən belə çəkinmir. Ancaq BMT-yə üzv olan heç bir ölkə bu təhdidlərə boyun əyməməlidir. ABŞ qoçuluq edir. BMT üzvlərinin şərəfi satlıq deyil"/Publika.az