XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 December 2017 - 15:15

Putin və Ərdoğan telefonla danışdı –BMT-nin Qüdslə bağlı qərarı müzakirə edildi

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı BMT Baş Assambleyasının Qüdsün statusu ilə bağlı qətnamə qəbul etməsi kontekstində Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Dövlət başçıları Fələstin-İsrail münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində və Fələstin xalqının müstəqil dövlət yaratmaq hüququnun təmin olunması əsasında həllinə bundan sonra da yardım edəcəklərini təsdiqləyiblər.

Söhbət zamanı həmçinin Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Putin və Ərdoğan Astanada Suriya münaqişəsinin həlli ilə bağlı keçirilən 8-ci beynəlxalq görüşdə Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinin vacib aspektlərinin razılaşdırılacağını ümid etdiklərini vurğulayıblar.

Rusiya və Türkiyə prezidentləri ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə uğurlu inkişafı ilə bağlı aktual məsələlərə də toxunublar.