XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

22 Dekabr 2017 - 21:55

İsrail rəsmisi:“İki BMT var: əleyhimizə səs verib, arxada  dəstəkləyirlər”

BMT-nin Baş Assambleyasının iclasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı qismində tanması ilə bağlı qərarına dair səsvermədən sonra İsraildən olan nümayəndə Danni Danon jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, səsvermə zamanı Yaponiya, Fransa və İngiltərənin layihənin lehinə səs verməsini özünəməxsus şəkildə dəyərləndirib: “Mən buna öyrəşmişəm. İctimaiyyətə açıq və özəl BMT var. İctimaiyyətə açıq formada bizim əleyhimizə danışırlar. Amma özəl görüşlərdə bizə heyran olduqlarını bildirirlər. Onlar İsraili çox bəyənirlər”.

İsrailli nümayəndənin bu açıqlaması İsrailin təklikdən qurtulması və özünü təmizə çıxarması kimi dəyərləndirilib.

Qeyd edək ki, səsvermədə 128 ölkə ABŞ-a qarşı çıxıb. 9 ölkə Vaşinqtonu dəstəkləyib. 35 ölkə tərəfsiz qalıb. 21 ölkə isə səsverməyə qatılmayıb.