XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

23 Dekabr 2017 - 14:07

“Brexit”in Avropa İttifaqı banklarına təsiri minimuma endiriləcək

“Bank of England” Avropa İttifaqı (Aİ) banklarının “Brexit”dən sonra da köhnə sistemlə çalışacağını və prosesin təsirinin minimuma endiriləcəyini açıqlayıb.

Azərtac xəbər verir ki, Britaniyada fəaliyyət göstərən Aİ bankları törəmə müəssisələr yaratmadan fəaliyyətlərinə davam edə biləcəklər. Aİ bankları isə törəmə müəssisələr olmadan xüsusilə də maliyyə böhranı zamanı başqa ölkənin ərazisində fəaliyyət göstərməyin ciddi çətinliklər yaratdığını açıqlayıb. Hazırda Aİ ərazisindəki banklar bütün birlik ərazisində eyni fəaliyyəti göstərə bilirlər.