XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

23 Dekabr 2017 - 21:53

Litvanın Roma Papasına hədiyyəsi Ginnesin rekordlar kitabına düşüb- FOTO

Litva Prezidenti Dalya Qribauskayte Milad günü münasibətilə Roma Papasına litvalı alim və tələbələrin hazırladıqları nadir milad hədiyyəsi – dünyada ən kiçik ölçülü Müqəddəs Vertep (Vertep – xristianların fikrincə, İsa peyğəmbərin doğulduğu Milad mağarasıdır) bağışlayıb.

Vilnüs Kafedral meydanındakı Vertepin 10 min dəfə kiçildilmiş və yalnız mikroskop altında görmək mümkün olan surəti artıq Ginnesin rekordlar kitabında qeydiyyata alınıb. Vertep o qədər balacadır ki, körpə İsanın fiquru insan hüceyrəsindən kiçikdir.

Dövlət başçısı deyib: “Mən fəxr edirəm ki, bizim alim və tələbələr dünyanın ən kiçik Vertepini yarada biliblər. Biz daha çox ona görə fəxr edirik ki, gələn il Litvaya səfərini gözlədiyimiz Papa Fransiskə belə bir maraqlı və innovasiyalı hədiyyə təqdim edə bilərik”.

Alimlər Kafedral kilsə meydanındakı Vertepin fiqurlarını əvvəlcə skanlayıb, sonra lazer nanoprinterdə çap edib və xüsusi qaba yerləşdiriblər ki, bu obyektə mikroskop altında baxmaq mümkün olsun.

Vertep Qyadiminas adına Vilnüs Texniki Universitetinin nəzdindəki “Linkmenu fabrikas” Yaradıcılıq və İnnovasiya Mərkəzinin əməkdaşlarının, “Femtika” şirkətinin və “3D ideja” müəssisəsinin alimlərinin birgə səyi ilə yaradılıb(azərtac).