XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 March 2015 - 08:22

Obama: İran öz nüvə proqramını, ən azı, 10 il müddətinə dondurmalıdır

“Diplomatların əldə etdiyi razılaşmalar puç ola bilər”

Картинки по запросу obama

ABŞ prezidenti Barak Obama bəyan edib ki, yekun razılaşmanın əldə edilməsi üçün İran öz nüvə proqramını, ən azı, 10 il müddətinə dondurmalıdır.

Strateq.az Газета.ру-ya isnadən bildirir ki, Amerika prezidenti proqramın dondurulmasını İranın nüvə silahı yaratmasını əngəlləmək üçün ABŞ-ın digər tədbirlərə əl atmayacağının qarantı hesab edir.

Obama həmçinin Konqresə müraciət edib İrana qarşı əlavə sanksiyaların tətbiqindən imtina etməyə çağırıb və qeyd edib ki, yeni məhdudlaşdırıcı tədbirlərin görülməsi diplomatların əldə etdiyi razılaşmaları puç edə bilər.

Obama onu da deyib ki, bu məsələ ilə bağlı onun
mövqeyi İsrailin baş naziri Netanyahunun baxışları ilə uyğun gəlmir.