XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

24 Dekabr 2017 - 20:06

Türkiyədə daha 2756 nəfər dövlət qulluqçusu işdən azad edilib –637 nəfəri  hərbçidir

Türkiyənin hakimiyyət orqanları daha 2756 dövlət qulluqçusunu işdən azad ediblər.

Bu barədə "Resmi Gazete"də məlumat verilib.

Məlumatda qeyd olunur ki, müxtəlif orqanlarda çalışan bu şəxslər 2016-cı ilin iyulunda ölkədə baş vermiş dövlət çevrilişinə cəhdlə əlaqədar işdən kənarlaşdırılıblar. "Milliyyet"in məlumatında isə bildirilir ki, Türkiyə Hərbi Qüvvələrindən 637 nəfər, o cümlədən quru qoşunlarından 155 nəfər, Hərbi Dəniz Qüvvələrindən 155 nəfər, Hərbi Hava Qüvvələrindən 327 nəfər azad edilib.

Bundan əlavə, yüzlərlə polis əməkdaşı, sahil mühafizəsi xidməti, Ədliyyə Nazirliyinin, Təhsil Nazirliyinin, dövlət universitetlərinin, Dini Məsələlər üzrə İdarənin əməkdaşları istefaya göndəriliblər. Həmçinin 17 ictimai təşkilatın fəaliyyətinə xitam verilib. (Report)