XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 Dekabr 2017 - 09:41

Perunun sabiq prezidenti Fuximori həbsdən azad edilib

Peru prezidenti Pedro Pablo Kuçinski səhhəti ilə əlaqədar həbsdə olan sabiq dövlət başçısı Alberto Fuximorini əfv etmək qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dekabrın 24-də yerli RPP radiostansiyası məlumat yayıb. Bildirilir ki, Fuximori yaxın saatlarda paytaxtın Ate qəsəbəsində yerləşən Barbadilyo həbsxanasını tərk edəcək. Sabiq prezident cəzasının son 8 ilini bu penitensiar müəssisədə çəkib.

Fuximori insan haqlarının pozulması, korrupsiya və ölüm eskadronlarının fəaliyyətinə icazə verilməsinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib.

2015-ci ilin aprelində səhhətinin pisləşməsi səbəbindən o, xəstəxanaya yerləşdirilib.