XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 Dekabr 2017 - 16:12

BMT  Səudiyyə Krallığına raket atılmasını kəskin qınayıb –Qurum Yəməndə vəziyyətdən narahatdır

sefir seudiye.jpg

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına  (BMT TŞ) üzv dövlətlər, Husi silahlı qruplaşmasının 19 dekabr tarixində Səudiyyə Ərəbistanı Krallığının paytaxtı ər-Riyada ballistik raket hücumunu kəskin qınayıb.

Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyindən Strateq.az saytına bildiriblər  ki, şura üzvləri Husilərin Səudiyyə Ərəbistanına, həmçinin digər region dövlətlərinə qarşı bu hücumları davam etdirmək niyyətində olduğunu bəyan etməsindən narahatdır. Təhlükəsizlik Şurası üzvləri bütün üzv dövlətləri BMT TŞ-nın müvafiq qərarlarına uyğun olaraq silahlara qoyulan qadağanın bütün yönlərini tam icra etməyə çağırıb, bu qadağanın pozulmasının davam etməsini  göstərən hesabatlardan narahatlıq keçirdiklərini bildirib. 

Təhlükəsizlik Şurası üzvləri bütün tərəfləri, Yəməndə qarşıdurmaya son qoyulması üçün tez bir zamanda son həll və hərtərəfli razılaşmaya nail olunması məqsədi ilə tərəflərin danışıqlara cəlb edilməsi uğrunda ardıcıl səy göstərən BMT-nin Yəməndəki nümayəndəsi İsmayıl Valəd əş-Şeyx Əhmədin fəaliyyətinə öz konstruktiv iştirakları ilə dəstək verməyə səsləyib. 

Təhlükəsizlik Şurası üzvləri  eyni zamanda , Yəməndə humanitar vəziyyətin pisləşməsindən öz narahatlıqlarını ifadə edib. Onlar bütün tərəfləri, humanitar yardımların və işçilərin bütün əziyyət çəkən bölgə sakinlərinə tez və maneəsiz şəkildə yetişməsinə şərait yaratmağa, ölkəyə əsas idxal məhsullarının, o cümlədən ərzaq, yanacaq və tibbi yardımların alınması və onların hər yerdə paylanmasını sadələşdirməyə çağırıb. 

Strateq.az