XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

25 Dekabr 2017 - 18:56

Putinin əsas rəqibi seçki marafonundan kənarda qaldı –Navalnının namizədliyi qeydə alınmadı

Rusiya Mərkəzi Seçki Komissiyası müxalifətçi Aleksey Navalnının prezidentliyə namizədliyini qeydə almaqdan imtina edib.

APA-nın “Novaya qazeta”nın saytına istinadən verdiyi xəbərə görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub. Qurum qərarını belə əsaslandırıb ki, ağır cinayətlərə görə azadlıqdan məhrum olunmuş şəxslərin məhkumluğun götürülməsindən sonra 10 il ərzində seçkilərdə iştirak hüququ yoxdur. “İnanın, mən əminəm ki, qərarımızın ədalətli olmasına hər hansı şübhə yeri yoxdur”, – deyə MSK üzvü Boris Ebzeyev söyləyib.

İclasda iştirak edən A. Navalnı qərarı qanunsuz adlandırıb: “Barəmdə olan məhkəmə qərarları yoxlanılıb və mən Avropa İnsan Haqları Məhkəməsində sübut etdim ki, bu qərarlar saxtadır. Avropa Məhkəməsinin xüsusi qeydi var ki, Rusiya məhkəmənin qərarını yerinə yetirməyib. Orada ayrıca qeyd olunur ki, Navalnı seçkiyə buraxılmalıdır”.

A. Navalnı onu da əlavə edib ki, arxasında çoxsaylı insanlar var və MSK-nın qərarı milyonlarla vətəndaşı seçkidən kənarlaşdıracaq. MSK üzvləri isə bildiriblər ki, AİHM Rusiya məhkəmələrinin qərarlarını ləğv edə bilməz.

Qeyd edək ki, A. Navalnı sənədlərini MSK-ya bir gün əvvəl təqdim etmişdi. MSK-nın sənədlərə baxmaq üçün qanunla 5 gün vaxtı var idi.