XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

25 Dekabr 2017 - 19:48

Özbəkistan prezidenti keçmiş daxili işlər nazirini xəyanətdə ittiham etdi:“Siz də unutmayın”

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkənin sabiq daxili işlər naziri Adham Ahmedbayevi xəyanətdə ittiham edib.

Bu barədə “Gazeta.uz” məlumat yayıb: “Xəyanətə görə general-leytenant rütbəsindən məhrum etdiyim sabiq Adham Ahmedbayevin harada olduğunu bilirsiniz. Mənim vicdanım onun Özbəkistanın naziri kimi xəyanət edərək bir qrupa qoşulmasını bağışlamadı… Ona görə siz də unutmayın”, – deyə Özbəkistan prezidenti vurğulayıb.

Ş.Mirziyoyev eyni zamanda Ali Məhkəmənin sədri Kozimjon Kamilov, onun müavini və Ali Məhkəmə Şurasının sədri Maruf Usmanovun işindən narazı olduğunu deyib: “Bütün xalqın qarşısında deyirəm ki, mən sizdən narazıyam. Mən sizin dördünüzü üç aydan sonra işdən çıxaracağam. Səlahiyyətlərim mənə xalq tərəfdən verilib. Heç kimin hakimlərə xalqdan kənar düşmək hüququ yoxdur”.