XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 December 2017 - 19:52

Çada səfər edən ilk türk prezidenti… –Ərdoğan xüsusi mərasimlə qarşılandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çada səfər edib.

Paytaxt Ncamenaya gələn Ərdoğan və xanımı Çadın dövlət başçısı İdris Debi tərəfindən xüsusi mərasimlə qarşılanıb.

Hər iki ölkənin rəsmi heyətləri təqdim edildikdən sonra Ərdoğan və Debi əl sıxışıb.

Bundan əlavə, tarixi kökləri Osmanlı dönəminə təsadüf edən türk əsilli 200-ə yaxın çadlı hava limanının çıxışında Ərdoğanı salamlayıb.

Məlumata görə, ölkə liderləri ikitərəfli və heyətlərarası formatda görüşlər keçirəcək.

Qeyd edək ki, Ərdoğan Çada səfər edən ilk Türkiyə prezidentidir/Axar.az.