XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

27 Dekabr 2017 - 10:09

Çinlə bağlı qalmaqallı iddia:Sanksiyaları yararaq Şimali Koreyaya neft satır

Çin ilə Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) tətbiq etdiyi sanksiyaları pozaraq neft ticarəti həyata keçirdiyi iddia olunur.

Azərtac Yonhap agentliyinə istinadla xəbər verir ki, Koreya Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Noh Kyu-duk jurnalistlərə etdiyi şərhdə BMT Təhlükəsizlik Şurasının Çin və Şimali Koreyanın Pxenyan rəhbərliyinin nüvə və ballistik raket proqramı ilə əlaqədar BMT-nin tətbiq etdiyi sanksiya qərarlarını pozaraq neft ticarəti həyata keçirdiyi iddialarını araşdırdığını söyləyib. Nazirlik sözçüsü BMT Təhlükəsizlik Şurasının Şimali Koreya sanksiyaları komitəsinin bu məsələ ilə əlaqədar araşdırmanı apardığını deyib.

Xatırladaq ki, dekabrın 22-də BMT Təhlükəsizlik Şurası Şimali Koreya iqtisadiyyatını hədəf alan yeni sanksiyalar tətbiq edib. Çin və Rusiyanın dəstəyi ilə qəbul edilən qərara görə, Şimali Koreyaya ixrac edilən neft məhsullarının 90 faizinin blok edilməsi və xaricdə çalışan Şimali Koreya vətəndaşlarının 24 ay ərzində ölkəyə geri dönməsi nəzərdə tutulur.

Çin sentyabr ayında BMT Təhlükəsizlik Şurasının qərarları çərçivəsində Şimali Koreyadan tekstil idxalını qadağan edib və bu ölkəyə neft məhsullarının ixracını məhdudlaşdırıb.