XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

27 Dekabr 2017 - 12:24

İran yenə silkələndi- 1 nəfər həyəcandan öldü, yaralılar var

İranın Əlborz əyalətində 4.2 maqnitudalı zəlzələ baş verib.

Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində bir nəfər ölüb, 57 nəfər yaralanıb.

Dünyasının dəyişən şəxsin zəlzələ baş verən an qorxaraq həyəcanlandığı və ürək çatışmazlığından öldüyü qeyd edilib.

Əyalətdə dağıntılar olduğu bildirilir.

Xatırladaq ki, dekabrın 21-də Tehranda da güclü yeraltı təkanlar (5.2 maqnitudalı) qeydə alınmışdı.