XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

27 Dekabr 2017 - 12:37

Moskvada atışma- Ölən və girov saxlanılanlar var

Moskvanın cənub-şərqində baş vermiş atışma nəticəsində bir nəfər həlak olub.

Trend-in məlumatına görə, hadisə fabrik binasında baş verib. Moskva polisi bir nəfərin mübahisə zəminində öz biznes rəqibini güllələdiyini bildirib. Bundan başqa binada girov saxlanılanlar olduğu da bildirilib.

Hazırda polis ərazini mühasirəyə alıb. Hadisə ilə bağlı digər təfərrüatlar məlum deyil.