XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

27 Dekabr 2017 - 13:05

Pentaqon:"Suriya və İraqda İŞİD qruplaşmasının minə yaxın silahlısı qalıb"

Hazırda Suriya və İraqda İŞİD qruplaşmasının təxminən min nəfərə yaxın silahlısı qalıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-ın quru qüvvələrinin polkovniki Rayan Dillon “Military.com” internet portalına müsahibəsində bildirib. O, həmin ölkələrdə ABŞ-ın başçılığı ilə digər dövlətlər tərəfindən aparılan “Inherent Resolve” (Sarsılmaz qətiyyət) əməliyyatı qərargahının rəsmi nümayəndəsidir.

Polkovnikin sözlərinə görə, koalisiyanın qüvvələri hazırda qruplaşmanın qalıqlarının hər hansı hücumunun qarşısının alınmasına yönəldilib. O, həmçinin İŞİD-in Suriya və İraqda ələ keçirdiyi ərazilərin 98 faizinin geri alındığını deyib.

ABŞ prezidentinin İŞİD qruplaşması ilə mübarizədə digər ölkələrlə qarşılıqlı fəaliyyət məsələləri üzrə xüsusi nümayəndəsi Brett Makqurk isə ötən həftə bildirmişdi ki, Suriyada hərbi əməliyyatlar daha bir neçə ay davam edə bilər. Amerikalılar qruplaşma tam məhv edilənə qədər bu ölkələrdə qalacaqlar. Makqurk, həmçinin xatırladıb ki, iki il əvvəl Suriya və İraqda 110 ölkədən gələn 40 mindən çox silahlı var idi.

Pentaqonun saytında dərc olunan məlumata əsasən, 2014-cü il avqustun 8-də başlayan “Inherent Resolve” əməliyyatı bu il iyun ayının sonunadək ABŞ-a ümumilikdə 14,3 milyard dollara başa gəlib. Gün ərzində bu məqsədlərə 13,6 milyon dollar xərclənir.