XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

27 Dekabr 2017 - 13:35

BMT-nin 2018-2019-cu illər üçün büdcəsi açıqlandı- 5.397 milyard dollar

BMT-nin Baş Assambleyası təşkilatın 2018-2019-cu illər üçün büdcəsini qəbul edib.

BMT-nin Bakıdakı nümayəndəliyindən Azərtac-a bildirilib ki, iki il ərzində BMT-nin illik büdcəsi 5.397 milyard ABŞ dollar təşkil edəcək. Bu rəqəm təşkilatın ötən iki il üçün olan büdcəsindən 286 milyon dollar azdır.

Qurumun baş katibi Antoniu Quterreş əvvəlcə növbəti iki il üçün 5,4 milyard dollardan çox vəsait istəmişdi.

BMT-nin müntəzəm büdcəsi 193 üzv dövlətin üzvlük haqları hesabına formalaşır. Ödənişlər ölkənin ödəmə qabiliyyətliliyi, həmçinin ÜDM-i və adambaşına düşən gəlirləri əsasında hesablanır. Fərdi ödənişin məbləği ümumi büdcənin 22 faizdən çox olmamalıdır.