XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

27 Dekabr 2017 - 15:04

Viktor Yuşenko:"Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllini tapacağına ümidliyəm"

Bu gün Azərbaycanın qarşısında duran əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ümid edirəm ki, bu problem tezliklə ədalətli həllini tapacaq.

Bu fikri Azərtac məxsusi açıqlamasında Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko söyləyib.

Viktor Yuşenko bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

“Mən Dağlıq Qarabağ münaqişəsinin daim beynəlxalq hüquq, ərazi bütövlüyü, dövlətlərin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sərhədlərinin pozulmazlığı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həllinin tərəfdarı olmuşam”, – deyə sabiq prezident əlavə edib.

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi regionun təhlükəsizliyinə təhdiddir. Ona görə də beynəlxalq təşkilatlar münaqişənin tezliklə həllinə çalışmalıdır.