XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

27 Dekabr 2017 - 15:15

Təyyarə öz reysini səhv salan sərnişinin ucbatından Los-Ancelesə qayıdıb

All Nippon Airways (ANA) aviaşirkətinin Los-Anceles – Tokio reysini yerinə yetirən təyyarəsi dörd saatlıq uçuşdan sonra geri qayıdıb. Buna təyyarənin göyərtəsində qeydiyyatsız sərnişinin aşkarlanması səbəb olub.

Azərtac xəbər verir ki, CBS telekanalının yaydığı məlumata görə, uçuş zamanı ekipaj üzvləri sərnişinlərdən birinin təyyarəyə səhvən mindiyindən xəbər tutublar. Aviakompaniyanın təhlükəsizlik siyasəti çərçivəsində hərəkət edən birinci pilot təyyarəni havaya qalxdığı aeroporta qaytarmaq qərarına gəlib.

Kompaniya baş verən narahatlığa görə bütün sərnişinlərdən üzr istəyib. Hadisənin və buraxılmış səhvin səbəbləri araşdırılır.

Los-Ancelesdən Tokioya ümumi uçuş müddəti 11 saatdır və təyyarə öz reysini səhv salan sərnişinin ucbatından 8 saat havada olub. Reys çərşənbə gününə keçirilib.