XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

27 Dekabr 2017 - 17:45

Elektrik enerjisi ilə işləyən avtomobillərə xüsusi dövlət nömrə nişanları verilir- Çində

Çində elektrik enerjisi ilə işləyən 150 min avtomobilə daha asan qaydada xüsusi dövlət nömrə nişanı verilib.

Azərtac Çinin İctimai Təhlükəsizlik Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ötən ilin dekabrından ölkənin 19 şəhərində pilot layihə çərçivəsində elektrik enerjisi ilə işləyən avtomobillərə (NEVs) bu cür nömrə nişanlarının verilməsinə başlanılıb. Layihə ölkədə bu tip avtomobillərin istifadəsini təşviq etmək, bununla da ətraf mühitə dəyən ziyanın miqdarını azaltmaq məqsədi daşıyır. Məlumatda bildirilir ki, gələn ildən layihə bütün ölkəni əhatə edəcək.

Qeyd edək ki, Çin elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalına və satış sayına görə dünyada birinci yerdədir. Rəsmi məlumata əsasən, cari ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə NEVs istehsalı 40,2 faiz artaraq 424 minə, satışı isə 37,7 faiz çoxalaraq 398 minə çatıb. Elektrik enerjisi ilə işləyən avtomobil istehsalını prioritet sahə elan edən Çin hökuməti ənənəvi yanacaq növləri ilə işləyən avtomobillərin istehsalına və satışına gələcəkdə cədvəl üzrə qadağa qoymağı da düşünür. Bundan başqa, hazırda Çinin iri şəhərlərində fərdi avtomobillər üçün dövlət nömrə nişanları illik limitlə lotereya qaydasında verilir. Məsələn, 23 milyon əhalisi olan paytaxt Pekində fərdi avtomobillər üçün illik limit 60 faizi NEVs üçün olmaqla 150 min ədəd təşkil edir. Gələn ildən bu rəqəm 100 minə endiriləcək.

Hökumət iri yaşayış sahələrində şəhər təsərrüfatında elektrik enerjisi ilə işləyən avtomobillərin tətbiqinə də başlayıb.