XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

27 Dekabr 2017 - 17:58

Vladimir Putin sənədləriniMSK-ya təqdim edib

Dekabrın 27-də Prezident Vladimir Putin dövlət başçısı postuna növbəti dəfə namizədliyini irəli sürmək üçün lazım olan sənədlər paketini Rusiya Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, MSK əməkdaşları Putindən prezidentliyə namizədliyinin irəli sürülməsi barədə razılıq ərizəsini, seçicilər qrupunun və onun səlahiyyətli nümayəndələrinin qeydiyyatı üçün sənədlərin təqdim olunması barədə bildirişi, seçicilər qrupunun qeydiyyatı üçün ərizəni, gəlirləri, əmlakı və xərcləri barədə məlumatı, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin qeydiyyatı üçün ərizəni, onun adına etibarnaməni və yazılı razılığını qəbul ediblər. Sənədlərin təqdim olunması və qəbulu prosesi 6 dəqiqəyə yaxın çəkib.

MSK-nın mətbuat xidməti bütün sənədlərin maksimum beş gün müddətində mütləq qaydada qanun çərçivəsində yoxlamadan keçiriləcəyini bildirib. Bütün sənədlər qaydasında olsa, namizədə seçki kampaniyasının maliyyələşməsi üçün “Sberbank”da hesab açmaq hüququ veriləcək.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən, prezident seçkilərində namizədliyini irəli sürmək istəyən şəxs onu dəstəkləyən azı 300 min seçicinin – ölkənin hər bir subyekti üçün orada yaşayan 7,5 min seçicinin imzasını toplamalıdır.